80 saylı İmişli-Beyləqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub

141165

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Hikmət Şirinov, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb: “Araşdırma zamanı məlum olub ki, 49 protokolun 29-da səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı.

Əvvəlki məqaləBM liste yayımladı, Netanyahu ‘Bu kurum taraflı, aynı zamanda etkisiz de’ dedi
Növbəti məqalədəMSK sədri: “Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic edib”