Ərdoğan təlimat verdi, İranla sərhəd bağlandı

0
210251

Türkiyə İranda yayılan koronavirusla bağlı bu ölkə ilə olan sərhəd-keçid məntəqələrini bağlayıb.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Xoca deyib.

Onun sözlərinə görə, bu tədbirlər Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatından sonra görülüb:

“İndiyə kimi İsrail və Livan da daxil olmaqla 32 ölkədə 74 min 402 yoluxma qeydə alınıb. Gördüyümüz tədbirlər nəticəsində ölkəmizdə bu virusa yoluxma hadisəsi baş verməyib. Ancaq qonşumuz İranda bu virusun yayılması bizim üçün həyəcan siqnalıdır. Koronavirus Elm Heyətimiz toplanıb və onların gördüyü tədbirlər prezidentimiz tərəfindən verilib”.

Nazir yerli vaxtla saat 17:00 dan sonra dəmir yol xəttinin, saat 20:00-dan isə hava yolunun birtərəfli olaraq bağlanılacağını deyib.