Ərdoğan ABŞ-dan “Patriot” istədikləri ilə barədə məlumatlara münasibət bildirib

133619

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “Patriot” zenit-raket kompleksləri istədikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

VOICEPRESS-in NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti S-400 məsələsi gündəmdə olarkən ABŞ-dan “Patriot” istədiklərini xatırladıb.

“Hələ S-400 gündəmdə olarkən o vaxt ABŞ Prezidenti Donald Trampa gəlin bizə “Patriot”ları satın dedik. Lakin bizə müsbət cavab vermədilər”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, ötən gün “Bloomberg” agentliyi Türkiyənin ABŞ-dan “Patriot” zenit-raket kompleksləri istədiyini yazıb.

Əvvəlki məqaləPutin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib
Növbəti məqalədəTürkiyənin Müdafiə naziri Suriya sərhədinə gedib