Zlatan İbrahimoviç A seriyasında rekord vurub

0
310850

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç A seriyasında rekord vurub.

VOİCEPRESS saytının məlumatına görə, isveçli hücumçu komandasının çempionatda 3 xal qazanmasında 150-ci dəfə pay sahibi olub.

O, bu rəqəmi ən tez fəth edən futbolçu adına yiyələnib. Zlatan A seriyasında keçirdiyi 222-ci qarşılaşmada buna nail olub. 

Qələbəyə görə 3 xalın verildiyi 1994/95 mövsümündən indiyə qədər heç bir oyunçu 150-ci qələbəni belə tez qazanmayıb. Skandinaviyalıya qədər rekord Esteban Kambiassoya məxsus idi. “İnter”in sabiq yarımmüdafiəçisi 150-ci 3 xal sevincini 230-cu matçında yaşamışdı.

Qeyd edək ki, “Milan” bu gün keçirilən matçda “Udineze”yə 3:2 hesabı ilə qalib gəlib.