Zelenski İrandan günahını tam etiraf etməsini tələb edib

11 Yanvar, 11:32

“Ukrayna İrandan “Boeing 737” təyyarəsinin vurulmasına görə günahını tam etiraf etməsini tələb edir”.

VOICEPRESS  TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqəti də özü ilə gətirdi. Beynəlxalq komissiya öz işini bitirməmiş İran günahını etiraf edərək Ukrayna təyyarəsini vurduğunu bildirdi. Lakin biz İranın günahın tamamilə etiraf etməsini tələb edirik” – deyə Prezidentin rəsmi “Telegram” kanalında deyilib.

  1. Zelenski əlavə edib ki, İrandan tam və açıq istintaq aparılmasına təminat verməsini, günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların cəsədlərinin qalıqlarının qaytarılmasını, həlak olan şəxslərə görə kompensasiya ödənilməsini, diplomatik kanallar vasitəsi ilə rəsmi üzrxahlıq etməsini gözləyir.
  2. Zelenski həmçinin ümid etdiyini bildirib ki, İranda aviaqəzanın araşdırılması süni maneə və yubanma olmadan aparılacaq: “Ümid edirik ki, bundan sonra araşdırma süni maneə və yubanma olmadan aparılacaq. Ədalətin bərpa edilməsi naminə bizim 45 mütəxəssisimizə araşdırmalara tam çıxış və qarşılıqlı əlaqə imkanı yaradılmalıdır”. 

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.