YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

17 Yanvar, 22:26

Yeni Azərbaycan Partiyası parlament seçkilərində pulsuz efir vaxtından imtina edib.

VOİCEPRESS xəbər verir ki, hakim partiya Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından istifadə etməyəcək.

Partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.