Türkiyədə 5 İES fəaliyyətini dayandırdı

0
313579

Türkiyədə beş İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti dayandırılıb, birinin çalışma gücü müəyyən qədər aşağı salınıb.

VOICEPRESS xəbər verir ki, hökumətin bu tədbiri ekoloji təmizliyi qorumaq üçün nəzərdə tutulub. Bildirilir ki, fəaliyyəti nisbətən azaldılan İES Soma bölgəsində yerləşir. Bu stansiya sayəsində 12 min bina istiliklə təmin olunur.

Qeyd edək ki, Türkiyədə İES-in əksəriyyəti sərf olunan yanacağın tullantılarını filtrsiz olaraq atmosferə buraxır.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Qurum açıqlamasında bildirib ki, çalışması dayandırlan İES-lər tələb olunan texniki şərtləri yerinə yetirəndən sonra fəaliyyət göstərə biləcəklər.