Ermənistanı işğal altındakı Qarabağla birləşdirəcək 3-cü alternativ yol çəkilir.
VOİCEPRESS xəbər verir ki, 26 kilometrlik şosse Kəlbəcərin rayon mərkəzindən Ermənistanın Qeqarkunik vilayətində yerləşən Zod kəndinə çəkiləcək.
Zod-Kəlbəcər yolunun 2020-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.
Bu Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra Ermənistanla Qarabağ birləşdirən sayca 3-cü yol olacaq.