Qadın boksçulardan ibarət Azərbaycan yığması hazırlığa başlayıb

374595

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. 

VOİCEPRESS saytının məlumatına görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib. 

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək. 

Toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Əvvəlki məqalə“Neftçi” məşqçisi ilə də vidalaşıb
Növbəti məqalədəLiviyanı Haftarın ümidinə qoymaq olmaz – Ərdoğan