Rusiya Prezidenti Vladimir Putin İsrail və Fələstinə səfər edəcək.
VOİCEPRESS-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
”Növbəti iki gündə Prezident Lipetsk bölgəsinə, həmçinin İsrail və Fələstinə səfər edəcək”, – deyə D. Peskov qeyd edib.
Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır.
V. Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq.