Ermənistan baş naziri Nikol Paşinyan 2019-cu ilin yekunlarından danışarkən orduda itkilərin müstəqillik dövrünün son 20 ili üçün tarixi minimuma düşdüyünü elan etmişdi.
VOICEPRESS xəbər verir ki, itkilərin konkret sayını açıqlamasa da, Paşinyan əsgər ölümlərinin 2018-ci illə müqayisədə 22% azaldığını bildirib.
Amma Ermənistan Hərbi Prokurorluğunun hesabatlarını araşdıran zaman Nikol Paşinyanın ictimai dəstək qazanmaq üçün növbəti dəfə yalan danışdığı aydın olur.
Belə ki, hərbi prokurorun köməkçisi Qor Abramyanın məlumatına görə, 2019-cu ildə ordu sıralarında 49 hərbi qulluqçu keçinib. Analoji itkilər 2013-ci ildə rəsmi olaraq 32 nəfər təşkil edib. 2006-cı ildə isə verilən itkilərin sayı 33 təşkil edirdi.