“Neftçi”dən ayrılan futbolçu Ukrayna klubuna keçib

15 Yanvar, 12:06

Qış transfer dövründə “Neftçi” klubu ilə yollarını ayıran Kiril Petrovun yeni klubu müəyyənləşib.

VOICEPRESS-in məlumatına görə, ukraynalı futbolçu karyerasını vətənində davam etdirəcək.

30 yaşlı müdafiəçi Ukraynanın “Kolos” klubu ilə anlaşıb.

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydanda olub.