“Neftçi” məşqçisi ilə də vidalaşıb

95391

Baş məşqçi Roberto Bordindən sonra “Neftçi” klubunda daha bir ayrılıq baş tutub.

VOİCEPRESS saytının məlumatına görə, italiyalı mütəxəssisin köməkçilərindən biri də Bakı təmsilçisi ilə vidalaşıb.

Rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlib. Həmyerlisi ilə birlikdə klubla əlaqələri kəsilən italiyalı mütəxəssisə rəhbərlik xidmətlərinə görə təşəkkür edib.

Əvvəlki məqaləZlatan İbrahimoviç A seriyasında rekord vurub
Növbəti məqalədəQadın boksçulardan ibarət Azərbaycan yığması hazırlığa başlayıb