MSK deputatlığa namizədlərin siyahısını AÇIQLADI

12 Yanvar, 15:13

Milli Məclisə fevralın 9-na təyin edilən seçkilərlə əlaqədar indiyə qədər dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

VOİCEPRESS-ın xəbərinə görə, bu barədə MSK-nın saytında məlumat yerləşdirilib.

Siyahıda növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən, namizədliyinin irəli sürülməsi  təsdiqlənən, imza vərəqələrini götürən və imza vərəqələrini qaytaranlar haqqında da məlumatlar əksini tapıb.