“Suriya böhranının nizamlanması həlledici mərhələdədir”.
VOICEPRESS-IN Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiya Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Bütün istiqamətlərdə – hərbi-siyasi, diplomatik və humanitar istiqamətlərdə tərəqqi var”, – deyə S. Lavrov vurğulayıb.