Kim Çen Indan düşmənlərinə Yeni il “hədiyyəsi”

0
313813

Şimali Koreya lideri Kim Çen In Yeni ilin ilk gününü düşmənlərinə təhdidlə başlayıb. O, tezliklə ölkənin yeni inkişaf etmiş strateji raketlərini nümayiş etdirəcəyini bildirib.

VOİCEPRESS məlumat verir ki, bu barədə Şimali Koreyanın rəsmi KCNA agentliyi xəbər yayımlayıb.

Koreyanın Fəhlə Partiyasına müraciətində Kim Çen In ABŞ-ın hələ də Şimali Koreyaya düşmən olduğunu, bu səbəbdən strateji silahları daha aktiv inkişaf etdirməyin vacibliyini söyləyib.