İstanbulda uşaqlı analar üçün gediş haqqı ləğv edildi

18 Yanvar, 12:50

İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz oldu.

Bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.

“İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, – deyə İmamoğlu bildirib.