İraqda nümayişçilər ABŞ səfirliyinə daxil ola bilməyiblər

0
314093

İraqda nümayişçilər ABŞ səfirliyinə daxil ola bilməyiblər, səfir ölkədən, diplomatlar isə səfirlikdən evakuasiya olunmayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə RİA “Novosti”yə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“ABŞ işçiləri təhlükəsiz ərazidədir, heç kim səfirliyə daxil olmayıb. Səfirlik üçün təxliyə planları da yoxdur. ABŞ-ın İraqdakı səfiri Metyu Tueller əvvəlcədən planlaşdırılan şəxsi səfərdə olub və onun təxliyə edildiyi barədə məlumatlar həqiqətə uyğun deyil. O, səfirliyə qayıdır”.