İranda vurulan təyyarənin “qara qutu”larının oxunması Ukraynada aparılacaq

0
313919

İranda raketlə vurulan “Boeing” təyyarəsinin “qara qutu”larının deşifrə edilməsi işləri Ukraynada aparılacaq.

VOICEPRESS xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqatı və Təhlili Bürosunun “Twitter” səhifəsində yerləşdirilən mesajda deyilir.

“Bizim büro “qara qutu”ların açılması üzrə texniki işdə iştirakını təsdiqləyir”, – deyən təşkilat nümayəndəsi bu işin Ukraynada icra olunacağını bildirib.

Mütəxəssislərin fikrincə, “istintaqın necə gedəcəyi barədə məlumatlara İran Mülki Aviasiya Təşkilatı məsuliyyət daşıyacaq”.