İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif kanadalı həmkarı Fransua-Filip Şampanla görüşəcək.
VOICEPRESS-IN xəbərinə görə, bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi “Twitter”də qeyd edib.
“İran İslam Respublikasının Xarici İşlər naziri Dr. Cavad Zərif Hindistan səfərindən qayıdarkən Omanın paytaxtı Muskatda Kanada XİN başçısı ilə qısa bir görüş keçirəcək”, – deyə Abbas Musəvi bildirib.