Gəncənin deputatından TƏKZİB: “Rəsulzadə haqqında heç bir mənfi fikir bildirməmişəm”

0
313927

“Mən M.Ə.Rəsulzadə haqqında heç bir mənfi fikir bildirməmişəm. Bu, mənə qarşı həyata keçirilən şər və böhtan kampaniyası idi”.

VOİCEPRESS xəbər verir ki, bunu beşinci çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

“Müxtəlif vaxtlarda müxtəlif media qurumlarına bu barədə verdiyim açıqlamalara baxmayaraq, təəssüf ki, hələ də böhtan qurbanına çevrilmişəm”, – deyə N.Həmzəyev bildirib.