Aviasiya innovativ fəaliyyət sahəsi hesab edilir və çoxları onun yaxın zamanlarda yarandığını düşünür. Lakin 2019-cu ilin oktyabr ayında dünyanın ən qocaman aviaşirkətlərindən biri yüzillik yubileyini qeyd edib.
Beləliklə, dünyanın ən qocaman aviaşirkətlərini təqdim edirik:
Təsis olunub: 1919-cu il
İlk uçuş: 1920-ci ilin may ayı
2018-ci ildə sərnişinlərin sayı: 34,2 mln
Niderlandın sabiq milli aviaşirkəti olan KLM 2004-cü ildə “Air France-KLM” tərəfindən alınıb. İlkin adını saxlayan dünyanın ən qocaman aviaşirkəti 7 oktyabr 1919-cu il tarixində təsis edilib.