Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı ictimailəşdirilib.
VOİCEPRESS-in məlumatına görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir.
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib.
Artıq Mərkəzi Seçki Komissiyasının saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb.