Yanvarın 9-dan Ankarada səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bu gün Türkiyənın Müdafiə naziri Hulusi Akarla görüşüb.
VOICEPRESS-in Türkiyə Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, tərəflər regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsinin Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal ilə də görüşəcək.