Beyləqan kəndlərində olan namizəd seçicilər tərəfindən sevinclə qarşılandı

0
289496

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyini irəli sürdüyü Əsli Kazımova  Beyləqanın  “Gödəklər” və “Qaralılar” kəndlərində seçiciləri ilə görüşüb.

Görüşdə  seçicilər aldıqları məvacibin yetərsizliyindən, rayondakı işsizliklə bağlı məsələlərə toxunaraq, Əsli Kazımovanın bu yolda onların səsinin adiyyatı yerlərə duyurulması üçün yardımçı olmalarını istəyiblər. Əsli Kazımova son  bir neçə il ərzində Cənab Prezidentin uzaqgörənliyi sayəsində bölgələrdə işsizliyin aradan qaldırılması ilə bağlı sahibkarlara göstərilən dəstək proqramından bəhs edərək, bu yöndə gərəkən addımların seçicilərin xeyrinə atılması yönündə əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Daha sonra kəndin mərd, ağbirçək xanımları ilə görüşən Əsli Kazımova hər kəsin problemləri və qayğıları ilə yaxından maraqlanıb. Mütəmadi olaraq, onların güzəranı, yaşam şəraitlərinin daha yaxşı olması uğrunda onlarla bərabər mücadilə edəcəyinə söz verən Əsli Kazımova hər  kəsə görüşünə gəldikləri üçün təşəkkür edib, xoş və səmimi münasibətə görə minnətdarlığını bildirib.