Batuminin sabiq meri 7 il müddətinə azadlıqdan məhrum edilib

0
288356

Gürcüstanın Batumi şəhərinin keçmiş meri Giorgi Ermakov 7 il həbs cəzasına məhkum edilib.

VOICEPRESS-in yerli bürosu xəbər verir ki, sabiq mer ilə mərəbar Batumi meriyasının keçmiş Maliyyə şöbəsinin müdiri Erqaslan Lomadze 1 il 6 ay həbs cəzasına məhkum edilib. Digər dörd bələdiyyə məmuru isə cərimələnib. 

Qeyd edək ki, ötən il mayın 30-da Batumi meriyasının bir qrup səlahiyyətli şəxsi 2016-cı ildə başlanan güzəştli mənzil layihəsində büdcə vəsaitini mənimsəmək ittihamı ilə saxlanılıblar. Onlar ümumilikdə 1 milyon 370 min lari mənimsəməkdə təqsirli bilinirlər.