Bağdaddakı ABŞ səfirliyinin qarşısında keçirilən aksiya dayandırılıb

0
314021

Bağdaddakı ABŞ səfirliyinin qarşısında keçirilən aksiyada çıxış edən etirazçılar dağılışıb. Bu barədə “İnterfaks” məlumat yayıb.

Aksiya üzvləri xarici səfirliyin yerləşdiyi “Yaşıl zona”nı tərk ediblər.

Öncə yayılan məlumata görə, dekabrın 31-də İraqın paytaxtı Bağdadda minlərlə vətəndaş ABŞ səfirliyinə hücum edib. Nümayişçilər bir neçə gün öncə ABŞ Hərbi Hava Qüvvələrinin İraq ərazisinə həyata keçirdiyi aviazərbələrə etiraz ediblər. İraqlılar hava hücumları zamanı həlak olan insanları dəfn edəndən dərhal sonra ABŞ səfirliyinə tərəf yürüş ediblər.