Azərbaycan Sosial Rifah Partiyasının namizədi şəhid ailəsini ziyarət etdi

0
307679

VOİCEPRESS-in verdiyi xəbərə görə, 80 Saylı İmişli-Beyləqan Seçki dairəsindən  nazmizədliyi irəli sürülən Kazımova Əsli Xanhüseyn qızı  Beyləqan şəhərinin Dünyamalılar kəndində olan şəhidlərin abidəsini ziyarət edib, xatirəsini yad edib, abidə önünə çiçəklər qoyub.

Daha sonra 2016 cı ildə  Aprel döyüşləri zamanı şəhid olmuş Məhəbbət Zaman oğlu Mirzəyevin ailəsinə baş çəkərək, başsağlığı verib. Məhəbbət Mirzəyevin xatirəsi yad edilib.

Xatırlaqdaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi Məhəbbət Mirəzyev 2 aprel 2016 cı il tarixində  Aprel döyüşləri zamanı şəhid olub.  Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Qeyd edək ki, Kazımova Əsli Xanhüseyn qızının namizədliyi Azərbaycan Sosial Rifah Partiyası tərəfindən irəli sürülüb.