Almaniyada təyyarə qəzasında 2 nəfər ölüb

16 Yanvar, 21:42

Almaniyanın Ştrausberq şəhərində eniş zamanı kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

VOICEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki nəfər ölüb.

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.