125 deputat yerinə 125 qeydə alınmış namizəd var – MSK sədri

0
313956

“Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib”.

VOİCEPRESS-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb:

“15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

 

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub:

 

“Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.