Əsli Kazımova 20 yanvar tarixində şəhidlərin xatirəsini seçiciləri ilə andı

0
307950

80 Saylı İmişli-Beyləqan Seçki dairəsindən  nazmizədliyi irəli sürülən Kazımova Əsli Xanhüseyn qızı  20 yanvar tarixini seçiciləri ilə anıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, Əsli Kazımova ilk öncə İmişli şəhərinin Muradxanlı kəndində şəhidlərin abidəsinə tər çiçəklər düzərək, şəhidlərin xatirəsini seçiciləri ilə bərabər anıb.

Daha sonra İmişli şəhərinin Əliqulular və Sərxanlı kəndlərində   şəhidlərin abidəsini ziyarət edərək, onların da xatirəsini yad edib. Kənd sakinləri ilə görüşərək,  problemləri ilə maraqlanıb, onların şikayətlərini dinləyib.

Kənd sakinləri   tərəfindən xoş qarşılanan namizəd, yaxın günlərdə onlarla sil-silə görüşlər  keçirəcəyini bildirib.

Xatırladaq ki, Kazımova Əsli Xanhüseyn qızının namizədliyi Azərbaycan Sosial Rifah Partiyası tərəfindən irəli sürülüb. Partiyanın sədri 5 çağırış Milli Məclisin deputatı olmuş, professor Xanhüseyn Kazımlıdır.