Xocalı soyqrımının dünyaya tanıdılmasında Leyla Əliyevanın xidmətlərindən bəhs edən “Faciələrimiz Unudulmur” adlı kitabın təqdimatı keçirildi

0
314440

Kitab  5 çağırış Milli Məclisin deputatı olmuş, professor Xanhüseyn Kazımlı və f.e.n  Əsli Kazımlının və hüquqşünas Səadət Müslümovanın müəllifliyi altında dərc edilmişdir. Kitabın redaktoru Hafiz Babayev, tərtibatı Vəfadar Əliyevə məxsusdur.

Kitab Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun vitse-prezidenti  xanım Leyla Əliyevanın “Xocalı” ilə bağlı dəyərli fikirləri ilə başlayır.

23.12.2019 tarixində Heydər Əliyev Fondu və Xanım Leyla Əliyevanın  “Xocalıya Ədalət” Kampaniyası ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə görülən  əvəzsiz xidmətlərindən bəhs edən kitabın müəlliflərindən xanım Əsli Kazımlının təşəbbüsü ilə keçirilən  kitab təqdimatı keçirildi. 

Tədbir Xocalıda şəhid olanlarının ruhunu bir dəqiqəlik anma mərasimi ilə başladı. Daha sonra tədbiri çıxış sözü ilə ASRP sədr müavini, f.e.nam. “Faciələrimiz Unudulmur” adlı kitabın müəlliflərindən xanım Əsli Kazımlı açdı: “Bu gün Xocalı və ümumiyyətlə ermənilərin zaman zaman Türklərin etnik təmizlənməsi kimi məkirli siyasi ambisiyalarından danışmadan öncə, istərdim  tariximizə nəzər salaq.

 “Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb. Hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan və artıq Azərbaycan diasporasının dünya miqyasında  şəxsiyyət vəsiqəsi kimi qəbul edilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasını davam etdirmək məqsədi ilə kiçik də olsa, tövhə vermək istədik. Leyla xanımın başlatdığı Xocalıya Ədalət kampaniyası, dünyanın harasında yaşamaqlarından asılı olmayaraq, hər bir soydaşımıza, ümumiyyətlə damarlarında Türk qanı daşıyan hər kəsi  Azərbaycan üçün nə isə etməyə insanı sövq edir.

Leyla xanımın “Xocalıya Ədalət” kampaniyası ilə  insanlıq tarihinin ən böyük  faciələrindən biri olan Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya birliyinə  duyurulması yönündə xidmətlərini sistemli bir şəkildə yürütməyə davam edir. Bu Vətən və Millət qarşısında görülmüş böyük və genişmiqyaslı işlərdir. Dünyanın hər bir dövlətində, hər bir şəhərində qarış qarış Xocalı soyqrımını tanıtmaq missiyasını üstlənən Leyla xanım, müasir dövrümüzün Janna Darkı qədər Azərbaycanın qəhrəman qadınına çevrildi.  Bu şücaəti və cəsarəti ilə  Türk gəncliyinə örnək olmağı bacardı. Bizdə Azərbaycan gəncliyinə örnək olan Leyla xanımın fəaliyyətini işıqlandırmaq istədik.

Bəli razıyam, ki, Azərbaycan həqiqətlərinin duyurulması baxımından çox işlər görməliyik. Biz  xarici siyasi müstəvimizdə Türkiyə və Pakistan kimi dost  dövlətlərimizin sayını  artırmalıyıq. Xocalı soyqrımının sadəcə Azəbaycanın deyil, bütün Türk dünyasının soyqrımı kimi qəbul edilməsinə nail olmalıyıq. Cənab prezident İlham Əliyevin  bərabərhüquqlu və müstəqil siyasi kursu ilə inanıram ki, biz tezliklə buna da nail olacağıq.

         Daha sonra tədbirdə iştirak edən millət vəkilləri xanım Leyla Əliyevanın Xocalıya Ədalət Kampaniyası çərçivəsində dünya birliyinə Xocalı Soyqrımının tandılması yönündə gördüyü xidmətlərdən bəhs etdilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here