“Sasna Tsrer” rəsmisi: “Qarabağdakı “seçkilər” Ermənistanın təhlükəsizliyinə təhdiddir”

0
314288

“Sasna Tsrer” rəsmisi: “Qarabağdakı “seçkilər” Ermənistanın təhlükəsizliyinə təhdiddir”

“Qarabağda atmosfer hər keçən gün daha çox zəhərlənir. Aşağı, yuxarı 100 min əhalisi olan kiçik bir ərazidə “müstəqil bir dövlət” oyunu demək olar ki, bütün sosial enerjini və resursları mənimsəyir”.

VOİCEPRESS xəbər verir ki, bunu “Sasna Tsrer” partiyasının nümayəndəsi Jirayr Sefilyan öz “Facebook” səhifəsində yzaıb.

Onun sözlərinə görə, qondarma qurumdakı “rəhbər yarışması” burda yaşayan insanları əzir və parçalayır.

“Siyasi ambisiyaları olan onlarla “partiya” və komandanın rəqabəti süni şəkildə çox siyasiləşmiş qeyri-təbii bir mühit yaradıb ki, burada milli maraqların laqeyd qaldığı, şəxsi və tayfa istəklərinin üstünlük təşkil etdiyi hallar yer alır.

Qarabağdakı qondarma “rəhbər yarışı”nın qarşı tərəfi qıcıqlandıracaq və müharibəyə səbəb ola biləcəyi, əks potensialın dağılmasına səbəb ola biləcəyini xəbərdar etmək məcburiyyətində qalırıq. Qarabağdakı “seçkilər” Ermənistanın təhlükəsizliyə təhdiddir”, – deyə Sefilyan bildirib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here