Rauf Arifoğlu da deputat olmağa qərar verdi – O, iki tanınmışla yarışacaq

22 Dekabr, 21:30

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək.

VOİCEPRESS
xəbər veriri ki, bu barədə Rauf Arifoğlu özü bildirib:

“Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.

– Niyə Xətai, niyə 35?

– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?

– Kimin şansı nə qədərdir?

– Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?

– Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?

Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!”, -deyə Rauf Arifoğlu sosial şəbəkədə yazıb.


VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here