Özbəkistanda parlament seçkiləri başlayıb

0
313775

Bu gün Özbəkistan Ali Məclisinin (parlament) Qanunverici (aşağı) palatasına növbəti seçkilər keçirilir.

VOICEPRESS TASS-a istinadən verdiyi məlumata görə, respublika vətəndaşları 5 qeydə alınmış siyasi birlik tərəfindən irəli sürülən 750 namizəddən 150 deputat seçməlidirlər.

Seçkidə Liberal Demokrat Partiyası (UzLiDeP), Xalq Demokratik Partiyası (PDPU), “Milli Dirçəliş” Demokratik Partiyası, “Adolat” Sosial Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasından olan namizədlər iştirak edir.

Qeyd edək ki, prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə bu ilin ortalarında qəbul edilmiş Özbəkistanın Seçki Məcəlləsinə uyğun olaraq, səsvermə yerli vaxtla 08: 00-da başlayacaq və 20: 00-da başa çatacaq. Respublika vətəndaşları 10260 seçki məntəqəsində səs verəcək.

Respublikadkı 20 milyon seçicinin ümumi sayının ən azı 33 faizi iştirak edərsə, seçki etibarlı sayılır. Qalib 50 faizdən çox səs toplamalıdır.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here