Hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən gənc politoloq Nahid Aslansoy ümumi rejimli cəza çəkmə müəssisəsində cəzasının 3/1 hissəsindən artığını çəkdib.
O bunu, eyni zamanda, şəhid övladı, anasının 2-ci qrup əlil olmasını, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü və ictimai-siyasi aktivliyini nəzərə alaraq cəzasının yerdə qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə müstəsna səlahiyyətlərindən istifadə edərək köməklik göstərməsini cənab Prezidentdən xahiş edib:
“Ümid edirəm ki, yüksək insani keyfiyyətlərinə malik cənab Prezident mənim xahişimi nəzərə alacaq və cəza rejimimin dəyişəcəyinə göstəriş verəcək. Öncədən təşəkkürümü bildirirəm”.
VOİCEPRESS