“Ermənistan-Azərbaycan münasibətləri daha mürəkkəb, daha çoxşaxəlidir” – Kolerov

0
313626


“Biz çoxdan görmüşük, hamımız bilirik ki, ikitərəfli danışıqlar öz intensivliyi, uzun müddətli olması ilə açıq-aşkar bir rəsmi gündəm daşımır”.

VOİCEPRESS erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən deyib.

Onun sözlərinə görə, danışıqlar bütün xarici tərəflərdən gizli saxlanılır və güman etmək olar ki, əsl ikitərəfli Ermənistan-Azərbaycan münasibətləri rəsmi göründüyündən daha mürəkkəb, daha çoxşaxəlidir.

O, həmçinin “Lavrov planı”nın olmadığını da iddia edib: “Bu yalandır, uzun sürən, intensiv gərgin danışıqlar aparılır”.

Jurnalistlərin “KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən iclasında Paşinyan KTMT üzrə tərəfdaşlarını Azərbaycana silah satmamağa çağırması və bunun təsiri nə olacaq”, deyə sualına cavab olaraq Kolerov bildirib ki, Lavrov və Kosaçyov tərəfindən rəsmi cavablar artıq verilib.

“Onlar Rusiyanın tarazlığı qorumaqda maraqlı olduğunu qeyd ediblər. Azərbaycan özünü KTMT-nin düşməni elan etməyib, ona görə də KTMT çərçivəsində Azərbaycana qarşı təzyiq tələb etməyə nail olmaq mümkün olmur”, – deyə o qeyd edib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here