İranda zəlzələ olub

0
314692


İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

VOİCEPRESS-in Tehran bürosunun məlumatına görə, noyabrın 29-da yerli vaxtla saat 20:50-də baş verən zəlzələnin episentri Xuzistan vilayətinin İzə rayonundan 22 kilometr məsafədə olub.

Bu zəlzələnin ardınca ötən gecədən səhərə kimi bölgədə 3.2, 4.3, 3.7, 2.7 bal gücündə avtorşoklar qeydə alınıb.

Məlumata əsasən, zəlzələ nəticəsində evlərə ziyan dəyib, 3 nəfər xəsarət alıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub. Bu gün səhər növbəsində məktəblərdə dərslər dayandırılıb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here