VOICEPRESS-ın məlumatına görə, bu təyinatadək İsrafil Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışırdı.
Beləliklə Dövlət Neft Fondunun yeni icraçı direktorunun tərcümeyi-halını təqdim edirik: İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 – 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. İxtisasca iqtisadçıdır.
İngilis, ərəb, rus dillərini bilir.
Evlidir, üç övladı var.
İ.Məmmədov 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.
1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.
2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.
2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
VOICEPRESS