Administrasiyanın Aqrar siyasət məsələləri şöbəsi ləğv olundu – Azər Əmiraslanov işsiz qaldı

0
314564

Prezident Administrasiyanın yeni strukturunda Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib.

VOICEPRESS xəbər verir ki, Administrasiyanın bu gün təsdiq edilmiş yeni strukturunda həmin şöbənin və şöbə müdiri Azər Əmiraslanovun adı yoxdur.

Beləliklə də, indiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda Prezident İlham Əliyevin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub.

A.Əmiraslanov 2005-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2008-ci il 25 avqust tarixli sərəncamla Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli sərəncamla isə Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri vəzifəsinə təyin edilmişdi.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here