Yerevanda Avrasiya Birliyinin sammiti başlayır- Putin yenə gecikir

0
314772

Avrasiya İttifaqının Ali Şuraasının Yerevan sammiti yaxın saatlarda başlayacaq. VOİCEPRESS Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas prezident iqamətgahında baş tutacaq.

Məhdud tərkibli görüşdə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Belarus liderləri Avrasiya İqtisadi Forumu, üazv ölkələr arasında gömrük rüsumunun bölgüsü və Avrasiya İqtisadi Komissiyasının sədri və rəyasət heyətinin üzvləri barədə məsələyə baxacaq.

Sammitdə iştirak üçün İran lideri Həsən Ruhani, Moldova prezidenti İqor Dodon, Qırğızıstan, Belarus, Qazaxıstan liderləri Sooronbay Jeenbekov, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sinqapurun baş naziri Li Syan Lun gəliblər.

Rusiya prezidenti Vladimir Putin isə ənənəsinə sadiq qalaraq Yerevana gəlməkdə gecikir. Onun yalnız bir neçə saatlıq Yerevana gələcəyi və iclas bitən kimi Moskvaya dönəcəyi gözlənilir.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here