TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü cənab İsmet Uçma, TBMM üzvü, Türkiyənin keçmiş Mədəniyyət və Turizm naziri cənab Nabi Avcı, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının Prezidenti cənab Ocal Oğuz seminarda açılış nitqləri ilə çıxış etmiş və tədbir iştirakçıların müvafiq qurumlar tərəfindən qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumatlandırılmasına dair sessiyalarla davam edib.
İştirakçılar Türk dünyası qeyri-maddi mədəni irsinin qorunması və Turizmə dair müvafiq olaraq Türkiyə və Azərbaycan Parlamenti nümayəndələrinin təqdim etdiyi model qanun layihələri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.
VOİCEPRESS