Türk ordusu Suriya ərazisində daxil oldu – “Sülh mənbəyi” əməliyyatı BAŞLANDI

0
313780

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ordusunun Suriyada yeni hərbi əməliyyata başladığını elan edib.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatından sonra başlayan 3-cü hərbi əməliyyata “Sülh mənbəyi” adını verdiklərini vurğulayıb.

“Əməliyyat həm qurudan, həm də havadan aparılacaq”- deyə Türkiyə lideri bildirib. Döyüşlərin Türkiyə-Suriya sərhədində, Fərat çayının şərq sahilində aparılacağı məlumdur.

Türk ordusuna qarşı Suriya kürdlərinin YPG hərbi qruplaşmasının ciddi müqavimət göstərəcəyi gözlənilir.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here