Pakistandan Türkiyəyə dəstək: “Uğurlu olmasını diləyirik”

578854

Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” anti-terror əməliyyatını dəstəklədiyini bildirib.

VOICEPRESS xəbər verir ki, Pakistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona dəstəyini ifadə edib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, – deyə məlumatda bildirilir.

VOICEPRESS

Əvvəlki məqalə“İlham Əliyev Paşinyanın sərsəm çıxışlarına əsil “nida” işarəsi qoydu”
Növbəti məqalədəNəsib Məhəməliyev: “Türkdilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin