Macarıstan-Azərbaycan oyununa tamaşaçı buraxılmayacaq

0
314647

Macarıstan-Azərbaycan oyununa tamaşaçı buraxılmayacaq

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də Budapeştin “Groupama Aréná” stadionunda Macarıstan və Azərbaycan yığmaları arasında matç boş tribunalarla müşayiət olunacaq.

VOICEPRESS – xəbər verir ki, bu barədə məlumat Macarıstan Milli Futbol Federasiyasının mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, həmin qərar UEFA-nın intizam komissiyası tərəfindən qəbul edilib.

UEFA bu yolla ölkə yığmasını Slovakiya yığması ilə matç zamanı macar fanatların irqçi hərəkətlərinə görə cəzalandırıb.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here