İraqın paytaxtı Bağdad şəhərində keçirilən etiraz aksiyalarında qarşıdurma baş verib.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanı dağıtmağa çalışan polis əməkdaşları ilə nümayişçilər arasında toqquşmalarda bir nəfər həlak olub, azı 200 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Onların arasında polis əməkdaşlarının da olduğu bildirilir.
Qeyd edək ki, yerli sakinlər işsizlik, korrupsiya və qiymətlərin baha olmasına etiraz edirlər.
VOİCEPRESS