Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası ilə bağlı qanun layihəsini qəbul edib
VOİCEPRESS – Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihə hakim “Mənim addımım” bloku tərəfindən irəli sürülüb.
Layihənin leyhinə 98, əleyhinə isə 1 deputat səs verib. Səsvermədə “Çiçəklənən Ermənistan” partiyası iştirak etməsə də, “İşıqlı Ermənistan” və “Mənim addımım” fraksiyaları qərarı dəstəkləyiblər.
Qərarın təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinin 9 hakimindnə ən azı 6-sı sədr Qrayr Tovmasyanın əlehinə səs verib.
VOİCEPRESS