Aydın Quliyev: “…. dövlət xadimləri istefaya gedəndən sonra topladığını sadəcə ailə üzvləri ilə yeyib-içib yaşamağa sərf etmir…”

579177

VOİCEPRESS Bakı Xəbər Qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin Azərbaycanda aparılan kadr islahatları ilə bağlı fikirlərini xəbər alıb. Onun sözlərinə görə, uzun zamandır kürsü başında olan ziyalılarımız istefadan sonra da, topladıqları vəsaiti xeyriyyə işlərinə və ya dövlət quruculuğuna sərf etməsi daha məqsədə uyğun hesab olunardı…

Bu marağlı şərhi təqdim edirik:

“İndiyə kimi Azərbaycanda həmişə hakim komandada yaşlılar çox üstün ,gənclər çox az mövqe tutublar.Bu hələ sovet dövründən qalmış ziyanlı bir iş üsulu idi.Təəssüf ki ,müstəqillik dövrünün ilk illərinə qədər bu vəziyyət davam edirdi.Sonra müəyyən islahatlarla gənclərə yer verilsə də əsasən yaşlıların üstünlük təşkil etməsi son illərə qədər davam edirdi.Bu ziyanlı üsuldu,çünki gənc dövlət məmurlarının yetişməsinə mane olurdu.

Əslində gərək yaşlı məmurlar hələ prezidentin çağırışına qədər bu addımı ataydılar.O zaman daha hörmtli olardılar. Odur ki prezidentin onlara istefa çağırışından gərək inciməsinlər. Prezident bəzilərinə yeni iş verdi, bəziləri tam sərbəst buraxıldılar.Bu sərbəst buraxılanlar yaxşı olar ki, öz şəxsi vəsaitləri hesabına dövlətimizin bundan sonrakı quruculuq işlərində necə iştirak edəcəkləri barədə fərdi fəaliyyət proqramı təqdim etsinlər. Əlbəttə onların bunu edib-etməyəcəkləri haqda bir fikir söyləyə bilmərəm.

Təbii ki, dövlət adından kimsə onları buna vadar etməyəcək. Onlar özlərinin cəmiyyət qarşısında məsuliyyət hissinin tələbi ilə bu addımı ata bilərlər. Biz bu addımı hörmətli Hacıbala Abutalıbovdan, Əli Həsənovdan, Novruz Məmmıdovdan və s. gözləyirik. Dünyanın müasir ölkələrində belə təcrübə var. Məsələn Amerikada dövlət xadimləri istefaya gedəndən sonra topladığını sadəcə ailə üzvləri ilə yeyib-içib yaşamağa sərf etmirlər,əksinə ,hansısa bir şəxsi fond,ya təcrübə məktəbi yaradaraq xeyriyyəçilik əsaslarında cəmiyyətə və dövlətə fayda verirlər. Görək, bizimkilər nə göstərəcək…”

Ülkər Fərmanqızı
VOİCEPRESS

Əvvəlki məqaləAzərbaycan mediası sanki “Zaporojets” markalı avtomobil ilə irəliləyir…
Növbəti məqalədəNəsib Məhəmməliyev: “Əsas odur ki, təyin olunan kadr özünü doğrultsun…”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin