2020-ci ildə pensiyaların orta aylıq məbləği 300 manata çatacaq?..

604390

2020-ci ildə əmək pensiyalarının ödənişi üçün xərclərin proqnozu 2019-cu ilin rəqəmlərinə nisbətdə 16,63 faiz və ya 651,68 milyon manat çox nəzərdə tutulub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin zərfində qeyd edilib. Büdcə zərfinə əsasən, 2020-ci ildə əmək pensiyalarının ödənişi üçün ümumi məbləğ 4570,08 milyon manat planlaşdırılıb.

Növbəti ildə əmək pensiyalarının maliyyələşməsi üçün tələb olunan əlavə 651,7 milyon manatın 475 milyon manatını (72,88 faiz) növbəti il üzrə 19,9 faiz indeksləşmə əmsalının gətirdiyi maliyyə yükü, qalan hissəsi isə dövlət qulluqçularının əmək haqlarının artırılması, 200 manata çatdırılma ilə bağlı formalaşan əlavə yük ödənilməmiş məhkəmə xərclərinin ehtimal olunan yükü təşkil edir.

Əmək pensiyalarının nominal xərcləri üzrə 2018-ci ilin may-dekabr aylarının faktiki göstəriciləri əsasında 25,6 milyon manat, 2019-cu ilin 8 ayı üzrə isə 56,4 milyon manat vəsaitə qənaət edilib. Ümumilikdə bu əsasda 14 ay ərzidə 82 milyon manatdan artıq vəsaitə qənaət edilib.

Əmək pensiyalarının orta aylıq məbləği 2018-ci ildə 7,7 faizlik, 2019-cu ildə isə 11,8 faizlik artımla 2019-cu il üçün 250,8 manat təşkil edib. 2020-ci il üçün əmək pensiyalarının orta aylıq məbləği 293,3 manat proqnozlaşdırılır.

VOİCEPRESS

Əvvəlki məqaləDaha bir neçə nazirlik, agentlik və komitələrin birləşdiriləcəyi gözlənilir
Növbəti məqalədəAçıq danışaq: Bir yaş böyümək bəzi rəsmilərə düşərli olmadı…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin