“Ermənistan prezidentinin BMT-dəki çıxışı hər zaman olduğu kimi rəsmi Ermənistanın yalanlara xitab edən təxribatı idi”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-nin 74 cü toplantısında çıxışı zamanı Türkiyə və Azərbaycanın ünvanına səsləndirdiyi əsassız fikirlərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Ermənistan bir dövlət kimi var olmasını sadəcə yalanlar və əssassız şər-böhtanlarla isbat edir. Bu o deməkdir ki, Ermənistan təcrid olunmuş dövlət statusundan çıxmaq üçün yeganə yol olaraq buna baş vurur. Əslində Ermənistan rəsmilərinin əssassız fikirlərə dayanan çıxışlarını dinləyən, onları bilərək, söz haqqı verən beynəlxalq qurumlar qınanmalıdır.
Təhlükəsizlik Şurasının bütün maddələrinə zidd bu günə qədər işğalçılıq siyasətini davam etdirən Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasından təcrid olunmalıdır. Ən azından beynəlxalq və diplomatik qurumlar tərəfindən bölgədəki təhlükəsizlik meyarlarına zidd siyasət yürütdüyünə görə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirməsi üçün Ermənistanı dalana dirəmək lazımdır. Bu isə bölgədəki təhlükəsizliyin təmin olunması adına sadəcə diplomatik sanksiyaların tətbiq olunması ilə mümkündür, deyə düşünürəm”.
Ü. Fərmanqızı
VOİCEPRESS